Genetik dəyişiklik etməklə "super insan" yaratmaq mümkündürmü?


Digərləri 26 Noy 2018 21:12:00 335 0

Genetik dəyişiklik etməklə "super insan" yaratmaq mümkündürmü?

Çində genetikası dəyişdirilmiş uşaqların doğulduğu iddia edilir.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, metod 7 qadın üzərində həyata keçirilib. İlk uğurlu sınaqdan sonra 2 qız uşağı dünyaya gəlib. Mayalanma prosesində HİV/GİÇS virusu daşıyıcısı olan kişilərdən istifadə edilib. Belə ki, embrionlara müdaxilə edilərək virusun hüceyrəyə girməsinə səbəb olan proteini yaradan CCR5 geni deaktiv edilib. Sınağın məqsədi HİV virusuna qarşı immunitetin yaradılmasına nail olmaqdır.

Bu tip sınaqlar insanlar üzərində təcrübə kimi qiymətləndirilir və bir çox ölkələrdə qadağandır. Prosesə çinli alim He Jiankuirəhbərlik edib. Layihədə ABŞ-dan olan alimlər də iştirak edib. Əgər He Jiankuinin iddiası təsdiqlənsə, tibb sahəsində yeni səhifə açılacaq.