Jan Şarden: Yerevanın qədimliyi ilə bağlı heç bir iz yoxdur


Dünya 26 Noy 2018 21:18:00 328 0

Jan Şarden: Yerevanın qədimliyi ilə bağlı heç bir iz yoxdur

Erməni tarixçilər tez-tez XVII əsrdə fransalı səyyah Jan Şardenin Ermənistana səyahəti ilə bağlı yazdıqlarından sitat gətirir, ancaq heç vaxt onun mətnini tam yayımlamır. 

Son.az oxu.az-a istiandən xəbər verir ki, bu boşluğu doldurmaq üçün ukraynalı araşdırmaçı, tarixçi, tanınmış bloqer (milliyyəti erməni olan) Filipp Ekozyans araşdırmaları zamanı Şardenin məktublarının orijinallarını tapmağa müvəffəq olub. 

Bu məktublar sayəsində tarixçi müəyyən edib ki, ərəb yürüşlərinə qədər bu torpaqlarda Yerevan mövcud olmayıb. Bundan başqa, Jan Şarden təsdiqləyib ki, onun vaxtında erməni dilinin yeni yarandığı müəyyən edilib. 

Ekozyansın sözlərinə görə, Ermənistan tarixi uzun müddətdir ki, qeyri-adi materiallar üzərində qurulur və bütün bunlar insanları həmin tarixə inanmağa məcbur edir. 

Bir çox erməni nəşrlərində və sənədli filmlərində göstərilir ki, Jan Şarden guya "Yerevanın dünyanın ən qədim yaşayış məntəqəsi olduğunu və Nuh peyğəmbərin subasmadan əvvəl ailəsi ilə burada qaldığını" yazıb.