İki uğursuz evlilik yaşayan azərbaycanlı aktrisa: "Ailəmizə kənar müdaxilələr oldu, qayınanam və qayınatam..." FOTO


Kriminal 26 Noy 2018 21:09:00 424 0

İki uğursuz evlilik yaşayan azərbaycanlı aktrisa: "Ailəmizə kənar müdaxilələr oldu, qayınanam və qayınatam..."  FOTO

Aktrisa Rəna Səlimovanın Son.az-a müsahibəsi.

- Rəna xanım, çox nadir hallarda müsahibə verirsiniz. Bu nə ilə əlaqədardır?

- Ümumiyyətlə mən heç vaxt efir arzusunda olmamışam. Bu günkü gündə də zəng edib məni efirlərə dəvət edirlər. Sadəcə olaraq xoşlamıram. Yəqin ki, bu, xarakterimdən irəli gəlir. Mənə elə gəlir ki, aktrisa filmlərdə çəkilməlidir, verilişlərdə ekspert qismində iştirak etməməlidir.

- İstərdim oxucularımıza özünüz haqqında məlumat verəsiniz, özünüzü bir daha təqdim edəsiniz.

- Mən 1947 ci ildə Bakıda anadan olmuşam. Atamın birinci həyat yoldaşından olan oğlu ilə birlikdə böyümüşəm. Evimiz Akademik Milli Dram Teatrına yaxın yerləşirdi, atam məşhur aktyor Ələsgər Ələkbərovla dost idi. Atamın incəsənətə böyük həvəsi olduğundan məni rəqs məktəbinə qoydu. O vaxt aktrisa Leyla Şıxlınskaya da mənimlə birgə rəqsə gedirdi. Müəllimlərimiz Qəmər Almaszadə və Əminə Dilbazi idi. Amma mən artıq özümə ixtisas seçmişdim, xəstəxanada tibb bacısı işləyirdim. Bir müddət tibb bacısı işlədim, amma həmişə rəqs və aktrisalıq ürəyimdə idi. Məhz rəqsetmə qabiliyyətim məni kinoya gətirdi.

- İlk dəfə hansı filmdə çəkildiniz?

- Leyla Şıxlınskaya ilə məni rəqs məktəbindən birbaşa kinostudiyaya apardılar. Gördüm ki, koridorda gözündə eynək olan bir kişi bizə baxır. Bu dahi rejissor Həsən Seyidbəyli idi. Məni görən kimi dedi ki, Gülbəniz roluna sən çəkiləcəksən. Beləliklə, Həsən Seyidbəyli "Cazibə qüvvəsi" filmini çəkdi.

- Çəkiliş günlərini necə xatırlayırsınız?

- Bizi gətirdilər Laçına, mənə dedilər ki, sən qaçacaqsan. Çünki film idmanla bağlı idi. Mən dağların üstündə ayaqyalın qaçırdım. Hiss etmirdim ki, heç ayaqyalın qaçıram. Mənə elə gəlirdi ki, elə burada doğulmuşam. Filmin bəzi kadrları da Tofiq Bəhramov adına stadionda lentə alınıb.

- Müsahibələrinizdə hər zaman bu filmdən ağız dolusu danışırsınız. Filmi sizin üçün bu qədər özəl edən nə idi?

- Filmdə mənim tərəf müqabilim Xəyal Axundzadə idi. Biz nəinki filmdə, həyatda da bir-birimizi sevdik. Elə oldu ki, çəkiliş vaxtı bir-birimizə bağlandıq. Aramızdakı böyük sevgi evliliklə nəticələndi. Amma... Çox keçmədi ki, ayrıldıq.

- Bir-birini bu qədər möhkəm sevən cütlük nə səbəbə yollarını ayırdı?


Xəbərə aid fotolar