Azərbaycanlılar ən çox hansı xəstəliklərdən əziyyət çəkirlər?


Digərləri 26 Noy 2018 20:44:00 281 0

Azərbaycanlılar ən çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

Azərbaycanda əhalinin 2017-ci ildə daha çox hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanıb.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən oxu.az-a verilən məlumata görə, həmin xəstəliklərin statistikası aşağıdakı kimidir:

Ötən il 1 875 652 nəfərdə xəstəlik qeydə alınıb. 

Bəzi infeksion və parazitar xəstəliklər -  124 457 nəfər

Yenitörəmələr - 12 082 nəfər 

Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular - 67 779 nəfər

Endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və  qidalanma  pozuntuları -  47 476 nəfər

Psixi pozuntular və davranış pozuntuları - 10 281 nəfər

Sinir sistemi xəstəlikləri - 72 306 nəfər

Azərbaycanda ölüm hallarının rəsmi statistikası açıqlandı

Göz və gözün əlavə aparatının xəstəlikləri - 69 261 nəfər 

Qulağın və məməyəbənzər çıxıntının xəstəliyi -  46 188 nəfər 

Qan dövranı sisteminin xəstəlikləri - 143 182 nəfər