QubaXaçmaz yolunda QAZ3110 at sürüsünə çırpıldı


Digərləri 26 Noy 2018 20:20:00 262 0

QubaXaçmaz yolunda QAZ3110 at sürüsünə çırpıldı

Quba-Xaçmaz yolunun 7-ci km-liyində yol qəzası baş verib.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Qubadan Xaçmaza gedən "Qaz3110" markalı avtomobilin sürücüsü Əmrulla Kərim oğlu  Əzməmmədovun idarə etdiyi maşının qarşısına at sürüsü çıxıb. O, əyləci nə qədər bassa da, qəzanın qarşısını ala bilməyib. Nəticədə vurulan atlardan biri hadisə yerindəcə ölüb.

Qəza zamanı sürücü ilə sərnişinlərə heç nə olmayıb, avtomobilə ciddi ziyan dəyib.

Hadisə Quba- Xaçmaz yolunun Zərdabi qəsəbə ərazisindən keçən hissəsində baş verib. Əraziyə Quba polis şöbəsinin əməkdaşları gəlib. 

Faktla bağlı araşdırma aparılır.

Son.az 


Xəbərə aid fotolar