Qadın çantalarının qənimi saxlanıldı


Digərləri 26 Noy 2018 20:24:00 241 0

Qadın çantalarının qənimi saxlanıldı

Balaxanı qəsəbə sakini olan bir qadın Sabunçu rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona qarşı soyğunçuluq edərək çantasını ələ keçirməsi barədə məlumat verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, paytaxt sakini Aleksadr Miroşkin saxlanılıb.

Araşdırma zamanı onun axtarışda olduğu müəyyən edilib. Miroşkinin ətrafında aparılan əlavə əməliyyat tədbirlərilə Sabunçu rayonu ərazisində müxtəlif vaxtlarda, iki həyət evindən məişət əşyaları, elektrik naqilləri və təmir tikinti alətləri də oğurladığı məlum olub.


Xəbərə aid fotolar