"Xalam qızını sevdim, varlı tapıb ərə getdi"


Şou-biznes 26 Noy 2018 20:12:00 291 0

"Xalam qızını sevdim, varlı tapıb ərə getdi"

Şou-biznes nümayəndələri bu dəfə ilk məhəbbətlərindən danışıblar. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, onlar aparıcı Kazım Sübhanın 106.3 FM-də yayımlanan "Xatirələr nə gözəldir" proqramına ilk sevdikləri şəxslə bağlı açıqlama veriblər. 

Nadir Qafarzadə - Uşaqlıq illərinin məhəbbəti üçün ağlamamışam. Bizə deyirdilər, qızımı sənə verəcəm. Xalam qızına vurulmuşdum, əsgərlikdə eşitdim ki, nişanlanıb. Getdiyi oğlan məndən nə imkanlı, nə də qəşəng idi. Gəlib pis oldum. 

Abbas Bağırov - 7-ci sinifdə sevirdim. Özümdə düşünürdüm ki, qız elə düşünür ona yaraşmıram. O qədər gözəl idi ki... İllər keçəndən sonra eşitdim ailə həyatı qurur, pis oldum. Uşaqlıq sevgisi idi. 

Sevda Yahyayeva - Acı xatirə deyil. Uşaqlıqda elə bilirsən sevirsən. Amma böyüyəndə görürsən ki, bu sadəcə xoşlanmaq olub.

Zamiq Hüseynov - İlk sevgim 18 yaşımda olub. O vaxt məşhur deyildim. Birini sevirdim, elə bilirdim o da sevir. Vaxt keçdi anladım ki, məni yox, varlı birini sevir, kübar həyat istəyir. O da məndə yox idi.