Kürdəmirdə avtomobil su kanalına düşdü,


Digərləri 26 Noy 2018 20:16:00 292 0

Kürdəmirdə avtomobil su kanalına düşdü,

Kürdəmir rayonunda yol qəzası baş verib.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xirdapay kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil yol kənarındakı su kanalına düşüb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar