Ukraynada neçə nəfər azərbaycanlı tələbə təhsil alır?


Digərləri 26 Noy 2018 19:52:00 235 0

Ukraynada neçə nəfər azərbaycanlı tələbə təhsil alır?

Bu gün Ukraynanın ali təhsil müəssisələrində Azərbaycandan olan 7522 nəfər tələbə var.

Son.az xəbər verir ki, bu barədə report-a Ukraynanın təhsil naziri Liliya Hrıneviç məlumat verib. 

Onun sözlərinə görə, bu da bütövlükdə əcnəbi tələbələrin 11 faizdən çoxunu təşkil edir: "Onların əksəriyyəti maliyyə və kredit, iqtisadiyyat, hüquq fakültələrində təhsil alır. Həmçinin azərbaycanlı tələbələrin seçdikləri ixtisaslar arasında tibb, o cümlədən stomatologiya da var".

Müsahibəsində Ukraynanın təhsil naziri diplom məsələsinə də toxunub:

"Azərbaycanlı tələbələrin Ukraynanın bir sıra ali məktəblərinin diplomlarının tanınmaması isə bağlı problemindən xəbərdaram. Demək istəyirəm ki, artıq bunu həll edirik".