Goranboyda avtomobillə vurulan piyada xəstəxanada ölüb


Digərləri 26 Noy 2018 19:50:00 255 0

Goranboyda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 24-də saat 8 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində rayon sakini Cümşüd Qurbanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Heydər Allahverdiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.