Ukraynada hərbi vəziyyət tətbiq olundu


Dünya 26 Noy 2018 19:32:00 305 0

Ukraynada hərbi vəziyyət tətbiq olundu

Ukrayna Prezidenti Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının 2019-cu il yanvarın 25-dək ölkədə hərbi vəziyyətin tətbiqi barədə qərarını təsdiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, dövlət başçısının müvafiq fərmanında qeyd olunur ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının "Ukraynanın dövlət suverenliyinin və müstəqilliyinin təmin edilməsi və Ukraynada hərbi vəziyyətin tətbiqi üzrə təcili təbdirlər haqqında" qərarı 2018-ci il noyabrın 26-dan qüvvəyə minsin.

Ukrayna Prezidenti hərbi vəziyyətin tətbiqi ilə bağlı sənədi təsdiq olunması üçün Ali Radaya göndərib.