Azərbaycan noğulu Özbəkistan, Rusiya və BƏƏ bazarlarına çıxa bilər


Digərləri 26 Noy 2018 19:36:00 303 0

Azərbaycan noğulu Özbəkistan, Rusiya və BƏƏ bazarlarına çıxa bilər

Azərbaycanın "Can-Pa" qənnadı şirkəti 2019-cu ildə məhsullarının Rusiya, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə ixracını təşkil etmək niyyətindədir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə şirkətin marketinq üzrə direktoru Günay Xələfzadə deyib.

Onun sözlərinə görə, hazırda "Can-Pa" xaricə mal tədarük etmir, lakin şirkət öz məhsullarının təşviqi və ixrac müqavilələrinin imzalanması üçün sərgilərdə fəal iştirak edir.

G.Xələfzadə xatırladıb ki, "Can-Pa"nın məhsulları - rahatluqum, marmelad, draje konfeti, həmçinin noğul Daşkənddə UZPRODEXPO qida sərgisində nümayiş etdirilib:

"Özbəkistan bizə yaxın ölkə olduğu üçün bu istiqamətdə ixrac təşkil etmək istəyirik. Biz UZPRODEXPO-nun təşkilatçılarına müraciət edərək 21-23 noyabr tarixlərində keçirilmiş sərgidə öz stendimizi açmışdıq".