Erməni əsir Paşinyana müraciət ünvanladı


Dünya 26 Noy 2018 18:47:00 355 0

Erməni əsir Paşinyana müraciət ünvanladı

Erməni əsir Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana əsir-girovların "hamının-hamıya" prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb.

Son.az bildirir ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 26 dekabr 2014-cü il tarixdə Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin N.Paşinyana əsir-girovların "hamının-hamıya" prinsipi ilə azad edilməsi ilə bağlı müraciət edib.

A.Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.