Yol polisi sürücünü təqib edə bilərmi?


Digərləri 26 Noy 2018 18:34:00 347 0

Yol polisi sürücünü təqib edə bilərmi?

Əksər vətəndaşlar, düşünür ki, yol polisi tabe olmayan sürücünü və ya onun avtomobilini təqib edə - qova bilməz. Bəziləri isə başqa bir fikirdədir. Düşünürlər ki, şəhərdə müşahidə kameraları varsa bu qovma, təqib nəyə lazım? Hər iki halda qanun öz sözünü deyir. Və bu qanunlarımızda öz təsbitini tapıb.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Bu məsələ "Yol hərəkəti haqqında" qanunun 85-c maddəsində ətraflı şəkildə izah edilir.

Vaqif Əsədov - BBDYPİ-nin şöbə rəisi: "Saxlama işarəsi fitlə, radioqəbuledici, sayrışan işıqlarla verilə bilər. Saxlama əmri verilirsə sürücü müzakirə etmədən tələbi yerinə yetirməlidir". Yəni keç kim əbəs yerə təqib edilmir. Belə olan halda qaydaraları pozmaq, əmrə tabe olmamaq və digər inzibati cərimə tədbirləri həmin sürücü üçün ümumi cəza kimi kəsilir. Sadalanan hallara görə, 150 manatdan 400 manata kimi cərimə, sutkalıq həbs və sürücülük hüququndan məhrumedilmə kimi cəzalar nəzərdə tutulur.

Vaqif Əsədov - BBDYPİ-nin şöbə rəisi: "Bəzən sürücülər fikirləşir ki, qayda pozuntusu etmədim, yol polisi məni niyə saxlayır. Bu səbəbdən saxlamadan keçirlər. Amma bu onlarının özünün də hiss etmədən xətalar törətdiyinə işarədir".


Xəbərə aid fotolar