Tarzən Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi


Digərləri 26 Noy 2018 18:14:00 335 0

Tarzən Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi

Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində  tarzən Məmməd Ağasıyevin 70illik  yubileyinə həsr olunmuş xatirə gecəsi keçdi.

Son.az xəbər verir ki, tədbir tarzənin  həyat və yaradıcılığı haqqında videoçarxın nümayişi ilə başlandı. 

Xalq artisti Vamiq Məmmədəliyev, millət vəkili Qənirə Paşayeva və jurnalist-publisist Sədaqət Kərimova çıxış etdilər. Onlar Məmməd Ağasıyevin ecazkar sənəti haqqında xatirələri ilə bölüşdülər.    

Konsert proqramında xalq artistləri Zabit Nəbizadə, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, əməkdar artist Feyruz Səxavət  çıxış etdilər. 

Müşayiət edirdi xalq artisti Adil Bağırovun bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı.


Xəbərə aid fotolar