Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına fəxri adlar verilib SİYAHI


Siyasət 26 Noy 2018 18:09:00 297 0

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına fəxri adlar verilib  SİYAHI

Prezident İlham Əliyev Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar müəllim" fəxri adı verilsin:

Kraynova Valentina Serqeyevna

Manafova Ülviyyə Azər qızı

Səttarova Səadət Qüdrət qızı.