Vitseprezident: "ABŞ hərbçiləri Əfqanıstandan qaçmağa yol axtarırlar"


Dünya 26 Noy 2018 17:46:00 374 0

Vitseprezident: "ABŞ hərbçiləri Əfqanıstandan qaçmağa yol axtarırlar"

"ABŞ hakimiyyəti və hərbi qüvvələri Əfqanıstandakı vəziyyəti anlamır, döyüşmək üçün stimulları yoxdur və ölkəni tərk etmək istərdilər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Əfqanıstanın vitse-prezidenti Məhəmməd Mohakik deyib.

O qeyd edib: "Düşünürəm ki, beynəlxalq qüvvələrin və ABŞ-ın Əfqanıstanda döyüşmək üçün stimulları yoxdur və onlar Əfqanıstandan çıxış, qaçış yolları axtarırlar. Amerikalılar ölkədəki vəziyyəti anlamırlar".

Vitse-prezident bildirib ki, ABŞ-ın Əfqanıstandakı qoşunları diqqəti şəhərlərin müdafiəsinə cəmləyib və Prezident Donald Tramp bu yaxınlarda hərbçilərin şəhər ətraflarından və uzaq rayonlardan çıxarılmasını əmr edib: