Dövlət qulluqçusu olmaq istəyənlər sınaq imtahanı verəcəklər


Digərləri 26 Noy 2018 17:34:00 206 0

Dövlət qulluqçusu olmaq istəyənlər sınaq imtahanı verəcəklər

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

DİM-dən Son.az-a verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə keçiriləcək. İmtahanlar dekabrın 5-də saat 15-də, dekabrın 15-də isə saat 10-da başlayacaq.

Namizədlər imtahanı mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak etmək üçün online qeydiyyat müvafiq olaraq dekabrın 5-i saat 13-də, dekabrın 15-i isə saat 9-da da başa çatacaq. Qeydiyyat üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.