Erməni qadın qayınatasının Qarabağdakı vəhşilikləri barədə


Kriminal 26 Noy 2018 16:45:00 296 0

Erməni qadın qayınatasının Qarabağdakı vəhşilikləri barədə

Ukraynanın "Ekstrasenslər araşdırma aparır" verilişində iştirakçılardan biri Nelli adlı erməni qadın ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən danışıb. 

Bu barədə Son.az minval.info-ya istinadən məlumat verir. 

"Sizin ailədə manyak var? Bu qədər dəhşətli cinayəti necə törədib? Həmin şəxs onlarla qadını öldürüb, onlara təcavüz edib. Bu evdə olan bədbəxtliklərin səbəbi onun günahlarıdır", - ekstrasens Suren Culakyan erməni qadına müraciət edib. 

Bu zaman Nelli hər şeyi ağlayaraq etiraf etməli olub.

"Mən ilk dəfə evlənəndə 18 yaşım var idi. Qayınatam Qarabağda döyüşmüşdü. Mənə tez-tez Qarabağda hamilə qadınları necə öldürdüyünü, qulaqlarını kəsdiyini, təcavüz etdiyini etiraf edirdi. Hamilə idim, oğlum olacaqdı.

Deyirdi ki, oğlum da onun kimi olmalıdır. Əməlləri ilə fəxr edirdi. Bizə də işgəncə verirdi, ona görə qaçıb Ukraynaya gəldik, amma yoldaşım da ondan geri qalmadı. Məni öldürmək, zəhərləmək istəyirdi, atam məni xilas etdi", - o deyib.