"Qorxudan dərisini də gizlətdik" "Qırmızı kitab"a düşmüş qonur ayını ovlayanalar saxlanıldı VİDEO FOTO
Digərləri 26 Noy 2018 16:31:00 290 0
Noyabrın 17-sində İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı "Qırmızı kitab"a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə "Şahdağ Milli Parkı"ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Son.az ARB TV-yə istinadən xəbər verir ki, faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib. Onlardan 4 ədəd "İJ" və 1ədəd "lavrona" markalı ov tüfəngi götürülüb və ayının dərisi aşkarlanıb". Saxlanılan şəxs: "Hadisə belə baş verdi ki, biz hələ bərəyə gedirdik. Meşənin içində gördük keçir, biz də vurduq. Gedəndən sonra lap konkret gördük ki, ayıdır. Dərisin soyduq, ətini istifadə etmədik". Saxlanılan şəxs: "Günahsız bir heyvanı ovladığımıza görə çox peşmanam". Saxlanılan şəxs: "Bilmirdim, hərəkətimə görə peşmanam. Ovlayandan sonra dərisini də qorxudan gizlətdik".
Videonu izləmək üçün şəklə klikləyin:
Mənbə: milli.az