Göz yaşı, biraz da nifrət - "onların etdiklərinə nifrət edirəm"


İdman 26 Noy 2018 16:16:00 362 0

Göz yaşı, biraz da nifrət - "onların etdiklərinə nifrət edirəm"

Azarkeşlərin Devis Kuboku adı ilə tanıdığı komanda tennis turniri Fransada keçirildi. Bu ölkə tennis ənənəsi ilə məşhurdur. Sonuncu final matçında fransızlar titulu qorumaq üçün yarışırdı. Bir il əvvəl qazanılan titula xorvatlar şərik çıxa bilərdi. Onu da deyək ki, fransız tennisçilər 16 illik fasilədən sonra ötən il yenidən çempion ola bilmişdi.

İlk dəfə Fransaya Devis Kubokunu Qi Forje qazandırıb. Növbəti onillikdə Forjenin kapitan olduğu Fransa komandası həlledici qarşılaşmada Avstraliyanı məğlub edib. Növbəti il fransızlar ruslara uduzub. Bundan 9 il sonra finalda fransızların yolunu Novak Cakoviç kəsib. 4 il həlledici mərhələ fransızlar üçün əlçatmaza çevrilib. Növbəti il Roje Federer fransızları qələbədən mərhum edib. Nəhayət, ötən il Fransa Devis Kubokunu əldə etməyə özündə güc tapıb. Həlledici xalları kapitan Noa və komandanın ən gənc üzvü Lyuk Puy qazandırıb.

Fransa komandası, daha doğrusu, fransızlar kubok fanatlarıdır. Komandanın heyəti, tamaşaçılarla bağlı heç bir problem olmur. Tribunalar hər zaman azarkeşlərlə dolu olur. Fransızlara görə, Devis Kuboku fərdlərin yarışı, fərdlərin bacarığının nümayiş edildiyi turnir deyil. Burada komandanın əzmkarlığı, komanda ruhu özünü göstərir. Yeri gəlmişkən deyək ki, fransalı kişi tennisçilər Böyük Dəbilqə turnirində fərdi yarışlarda 35 il qalib gələ bilməyib.

Xorvatiya ilə oyunda titulunu qorumağa çalışan fransızların heyətində problem var idi. Komandanın ən titullu tennisçiləri Qaske və Monfis zədəli idi. Dünya reytinqində ilk 15 likdə yer alan Marin Çiliç və Borno Çoriç Xorvatya komandasına qələbə qazandıracağı heç kimdə şübhə doğurmurdu. Fransızlar final qarşılaşmasının autsayderi sayılırdı. Onların güvən yeri azrkeşlər idi. Stadiona toplaşan 20 min fransalı azarkeş komandanı ən yüksək səviyyədə dəstəkləyirdi.

Emosiyalar pik nöqtəsinə cütlərin yarışında yüksəldi. “Rollan Qarros” turnirinin qalibi Pyer Uq Erber–Nikol Mayu cütlüyü favorit hesab olunurdu. Onlar ümidləri doğrulda bildi. Hətta məğlubiyyət xorvatiyalı Mate Paviçi əsəbəşdirdi. Azarkeşələrin hay-küyü tennisçiyə yaman təsir etmişdi.

Təklərin yarışında Puy xorvat rəqibi Çiliçə qarşı oynayırdı. Lakin fransızın gücü qələbə üçün yetərli olmadı. Xorvat oyunu sakit və ağılla keçirməklə ölkəsinə ikinci Devis Kubokunu qazandırdı.

Qeyd edək ki, xorvatlar ilk dəfə kuboku bu ilin yayında əldə etmişdi.

device cup 2018 croatia ile ilgili görsel sonucu

Möhtəşəm qələbə qazanan Xorvatiya komandası bu qələbəni böyük sevinc hissi ilə qeyd etdi. Bir-birini qucaqlayan tennisçilər göz yaşını saxlaya bilmirdi. Noa, Çiliç və Puyanın mükafatlandırma mərasimindən sonra belə, ağlaması kameralardan yayınmadı.

Aydındır ki, fransızlar məşhur futbolçu Jerar Pikenin Devis Kubokunun yeniləmək təklifinə qarşıdır. Futbolçu təklif edib ki, bundan sonra bu turnirdə 18 komanda iştirak etsin, mükafat fondu 3 milyard dollar olsun. Pikenin fikrincə, tennisçilər buy halda daha çox pul qazana bilər.

Puy isə hesab edir ki, ortada bu qədər pul varsa, bu artıq Devis kuboku adlandırıla bilməz. Fransızlar bu səbəbdən köhnə versiyada son kuboku özlərində saxlamaq istəyirdilər.

 Fransa yığmasına finalçı kimi mükafat təqdim edildi. Mükafatları İTF prezidenti Devid Xeqqerti təqdim dirdi. Növbə Nikol Mauya çatanda , o, Xeqqertinin qulağına bir neçə saniyə nəsə pıçıldadı. “Prezidentə dedim ki, onların burada etdilərinə nifrət edirəm və ümid edirəm ki, bu yarışı Devis Kuboku adlandırmayacaqlar. Bu, təhqir olardı”,- tennisçi jurnalistlərə bildirib.