“FINCA Azerbaijan” “Gender bərabərliyi” mükafatına layiq görülüb


Digərləri 26 Noy 2018 16:22:00 253 0

“FINCA Azerbaijan” “Gender bərabərliyi” mükafatına layiq görülüb

“FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı “Gender bərabərliyinin təşviqində qabaqcıl təşkilat” nominasiyasında mükafata layiq görülüb.

Bakı. “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı “Gender bərabərliyinin təşviqində qabaqcıl təşkilat” nominasiyasında mükafata layiq görülüb. Təşkilatdan Trend-ə verilən məlumata görə, Azərbaycan Mikromaliyyə Assosasiyasının (AMFA) təqdim etdiyi bu mükafat “FINCA Azerbaijan”a müştəri və işçi heyətində gender bərabərliyinin qorunmasındakı yanaşmasına görə verilib. Mükafat 22 noyabr tarixində Bakıda AMFA-nın təşkilatçlığı ilə "Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq" mövzusunda keçirilən 9-cu Azərbaycan Mikromaliyyə Konfransında təqdim olunub.