Dilçilik İnstitutu: Yeni yaradılacaq Monitorinq Mərkəzinə cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir


Digərləri 26 Noy 2018 16:12:00 219 0

Dilçilik İnstitutu: Yeni yaradılacaq Monitorinq Mərkəzinə cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir

Artıq dilimizin qorunması sahəsində radikal addımlar atılmalı, yeni yaradılacaq Monitorinq Mərkəzinə inzibati cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir.

Bakı. İlhamə İsabalayeva - Artıq dilimizin qorunması sahəsində radikal addımlar atılmalı, yeni yaradılacaq Monitorinq Mərkəzinə inzibati cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib. Alimin sözlərinə görə, bu gün respublikamızın ərazisində fəaliyyət göstərən şadlıq saraylarının əksəriyyətinin adında "palas" sözü işlədilir: "Nəyə görə “şadlıq sarayı” yox, məhz “palas” işlədilməlidir? Artıq rayonlarda da şadlıq saraylarının adlarını ingilis dilindən gələn “palas” sözü bəzəyir. Belə adlar yüzlərlədir. Nəyə görə “Uşaq dükanı” yox, “Baby shop”, “Gözəllik salonu” yox, “Beauty saloon”, “Uşaq oyuncaqları” yox, “Baby toys”, “Uşaq aləmi” yerinə “Kids world” yazılmalıdır? Ana dilində ifadə və sözlərin yerinə ya türk, ya ingilis, ya da rus dilinə məxsus sözlərin işlədilməsi heç də müasirlik deyil".