Beynəlxalq Muğam Mərkəzində Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)


Digərləri 26 Noy 2018 16:06:00 262 0

Beynəlxalq Muğam Mərkəzində Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib. Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə ADMİU-nin musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Qaralova çıxış edərək Qara Qarayevin yaradıcılığından söhbət açıb. Daha sonra bəstəkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub. Konsertdə tələbələrin ifasında Qara Qarayevin yaradıcılığının müxtəlif dövrlərində yazdığı əsərlər səsləndirilib.