Poroşenko Rusiyaya tələblər qoydu


Dünya 26 Noy 2018 15:41:00 232 0

Poroşenko Rusiyaya tələblər qoydu

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya rəhbərliyinə müraciət edərək, Kerç boğazında saxlanılan ukraynalı dənizçilərin və gəmilərin azad olunmasını tələb edib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Poroşenkonun saytında məlumat yerləşdirilib. 

"Mən Rusiya Federasiyası rəhbərliyinə müraciət edirəm. Beynəlxalq hüququ pozaraq, həbs edilən ukraynalı hərbi qulluqçular dərhal azadlığa buraxılsın! Biz tələb edirik ki, onlar gəmilərlə birlikdə təcili sürətdə Ukraynaya qaytarılsın", - Poroşenko bildirib.