Peterburqda sevgilisi ilə kanalizasiya qapaqlarını oğurlayan azərbaycanlı saxlanıldı


Kriminal 26 Noy 2018 15:36:00 302 0

Peterburqda sevgilisi ilə kanalizasiya qapaqlarını oğurlayan azərbaycanlı saxlanıldı

Azərbaycan vətəndaşı sevgilisi ilə birlikdə Sankt-Peterburqda kanalizasiya qapaqlarını oğurladığı üçün saxlanılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Sankt-Peterburq Vodokanal" müəssisəsi məlumat yayıb. 

Müəssisə əməkdaşları Dmitriyev küçəsində kanalizasiya qapaqlarının yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. 

Polislər müəyyən ediblər ki, 31 yaşlı azərbaycanlı və sevgilisi qapaqları oğurlayaraq, metal qəbulu sexinə verib.