Fond: "Təhsil krediti alan tələbələrin 15 faizi onu qaytarmağa başlayıb"


Digərləri 26 Noy 2018 15:23:00 345 0

Fond: "Təhsil krediti alan tələbələrin 15 faizi onu qaytarmağa başlayıb"

"Hazırda təhsil haqqı üçün kredit alan tələbələrin onu geri qaytarmama ehtimalı sıfıra bərabərdir".

Son.az xəbər verir ki, bunu "Maarifçi" Tələbə Kredit Fondundan Trend-in sorğusuna cavab olaraq deyiblər.

Bildirilib ki, Fond üç il ərzində fəaliyyət göstərir və bu günədək tələbələrlə Fond arasında 223 təhsil krediti müqaviləsi imzalanıb. Artıq tələbələrin təqribən 15%-i borc öhdəliklərini geri qaytarmağa başlayıb:

"Hazırda kredit öhdəliklərinin qaytarılmama ehtimalının (NPL) nisbi faizi sıfıra bərabərdir. Lakin kredit borclarının qaytarılması mexanizmləri barədə dolğun və təfərrüatlı məlumat vermək tezdir, çünki bu cür Fondların fəaliyyəti müəyyən sosial məqsədlər də daşıyır. Əlbəttə ki, bütün sahələrdə mövcud olan risklər bu sistem üçün də keçərlidir".

Fonddan qeyd edilib ki, tələbələrə 2 növdə və faizsiz təhsil kreditləri təklif edilir. Kredit növündən asılı olmayaraq, güzəşt müddəti bütün tələbələrə şamil olunur.