Hamilə qadının ölümünə səbəb olan həkim cəzalandırıldı


Digərləri 26 Noy 2018 15:27:00 248 0

Hamilə qadının ölümünə səbəb olan həkim cəzalandırıldı

Doğuş zamanı səhlənkarlığa yol verməkdə təqsirli bilinən Qobustan Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsinin müdiri vəzifəsində işləmiş Kifayət Rzayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Qobustan Rayon Məhkəməsinin hökmü ilə Kifayət Rzayeva iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, K.Rzayeva 17 oktyabr 2017-ci il tarixdə, saat 12.10-da Qobustan Rayon Mərkəzi Xəstəxanasına daxil olmuş 1988-ci il təvəllüdlü Zümrüd Günəşovanı doğuş şöbəsinə qəbul edib.

Daha sonra zəruri olan laborator analizlərin aparılmasını təmin etməyib. O, hamilə və hamiləliyin gedişi haqqında düzgün, həmçinin daha informativ məlumat toplamadan Zümrüd Günəşovanın doğuşunun təbii yolla idarə olunmasını həyata keçirib.