Nadir hava limanında qaldı


Şou-biznes 26 Noy 2018 15:14:00 237 0

Nadir hava limanında qaldı

Müğənni Nadir Qafarzadə hava limanında qalıb.  Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü xəbər verib. Naxçıvana gedən ifaçı dumanlı hava olduğu üçün təyyarənin uçmadığını bildirib: "Bir az üzgünəm. Son aldığım xəbər məni üzür. Saat 2-nin yarısı uçmalıydım. Mənə dedilər ki, təyyarədə dumanla əlaqəli gecikmə olacaq. Elə burada gözləməliyəm. Burada da tanışım, evim yoxdur.  Hava limanında da mənim üçün gözləmək problemi var. Heç olmasa balaca bir motel olsa, orada qalardım. Təsəvvür edin, mən indi bu kafedə oturmalıyam, neçə saat gözləməliyəm. Və bu məni çox üzür. Bakını, evimi, ailəmin yanına getmək istəyirəm".

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin: