Sumqayıtda 20yə yaxın avtomobildən oğurluq edən şəxslər saxlanıldılar FOTO


Digərləri 26 Noy 2018 15:05:00 333 0

Sumqayıtda 20yə yaxın avtomobildən oğurluq edən şəxslər saxlanıldılar  FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtomobillərdən çoxsaylı oğurluqlar edən şəxslərə qarşı kompleks əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri Ceyhun Ələkbərov və Şükran Xələfov saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında keçirilən əməliyyat tədbiri nəticəsində onların Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda 14 avtomobildən maqnitofon, səs gücləndirici, akkumlyator və maşınların salonlarında olan digər qiymətli əşyalar oğurladıqları məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobillərdən oğurluq edən daha iki nəfər - Sumqayət şəhər sakinləri Rauf Əliyev və Cavid Səyadzadə saxlanılıblar. Bu iki şəxsin şəhər ərazisində 5 nəqliyyat vasitəsindən oğurluq etdyi məlum olub. Saxlanılan şəxslər ifadələrində əsasən qapıları açıq vəziyyətdə saxlanılan avtomobillərdən oğurluq etdiklərini bildiriblər.

Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərə aid fotolar