Qarabağ-ı qrupda qoyan hakim yenidən Bakıda


İdman 26 Noy 2018 15:03:00 281 0

Qarabağ-ı qrupda qoyan hakim yenidən Bakıda

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Qarabağ və Portuqaliyanın Sporting komandaları arasında keçiriləcək oyunun baş hakimi açıqlanıb. 

Goal.az xəbər verir ki, qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edəcək. Ona Petr Blajey və Tomaş Mokruş yan xətt, Zbinek Proskevə Emanuel Marek əlavə köməkçi, Yan Patak isə dördüncü hakim qismində yardımçı olacaqlar. 

Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq. 

Xatırladaq ki, Petr Ardeleanu 2014-cü il dekabrın 11-də "Qarabağ"la İtaliya "İnter"i arasında keçirilmiş qarşılaşmada əlavə köməkçi hakim funksiyasını yerinə yetirib. 0:0 hesabı ilə yekunlaşmış görüşün uzatma dəqiqələrində Azərbaycan təmsilçisi fərqlənsə də, çexiyalı baş hakim Miroslav Zelinka təmiz qolu saymayıb. Nəticədə "Qarabağ" qrupda qalıb. Ardeleanu həmin matçda qapılardan birinin arxasında mövqe tutub.