Dilçilik İnstitutu: "Monitorinqlər dilin saflığının qorunması istiqamətində çox böyük fayda verir"


Digərləri 26 Noy 2018 14:52:00 348 0

Dilçilik İnstitutu: "Monitorinqlər dilin saflığının qorunması istiqamətində çox böyük fayda verir"

"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi"nin yaradılması dilin tətbiqi istiqamətində görülən işlərin miqyasını artıracaq.

Son.az xəbər verir ki, bunu Trend-ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.

Onun sözlərinə görə, Prezident Ilham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ana dilinin saflığının qorunmasına və inkişafına böyük qayğını ifadə edir:

"Dil bizim xalqımızın diriliyi, onun varlığı deməkdir. Dil cəmiyyətlə bağlıdır. Kütləvi informasiya sahəsində vəzifələrin gerçəkləşməsində dil əsas rol oynayır. İnsanın ətraf aləmlə təmas qura bilməsi üçün həmişə informasiyaya ehtiyacı olub. Mətbuatın artmaqda olan belə faydası dünyagörüşün formalaşmasına təsir göstərdiyi kimi, bu sahə özündə monitorinqlərə də tələbat duyur".

T.Şükürlü əlavə edib ki, bu gün müxtəlif xəbərlərlə insanları bir-birinə yaxınlaşdıran KİV-də nitqin düzgünlüyü, dəqiqliyi, münasibliyi və aydınlığına əməl olunması vacib məsələlərdən biridir: