Saatlıda əmisini öldürən şəxs tutulub


Digərləri 26 Noy 2018 14:29:00 214 0

Saatlıda əmisini öldürən şəxs tutulub

Saatlı rayonunun Azadkənd kənd sakini Oqtay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən Saleh Əkbərov saxlanılıb.

Bakı. Saatlı rayonunun Azadkənd kənd sakini Oqtay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən Saleh Əkbərov saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 25-də saat 2 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Oqtay Əkbərovun baş nahiyəsində güllə yarası olan meyitinin idarə etdiyi “BMW” markalı avtomobilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.