Fədayə Laçın məhkəmədə son söz deyəcək


Digərləri 26 Noy 2018 14:00:27 217 0

Fədayə Laçın məhkəmədə son söz deyəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova çıxış edib. 

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə düzgün ittiham verilmədiyini qeyd edib. 

O deyib ki, A. Əsgərov Etibar Məmmədovu tanımayıb və onunla hər hansı əlaqəsi olmayıb. 

Sonra Ceyhun Səmədov və Fuad Hacıyevin vəkilləri də çıxış edib və müvəkkillərinə həbslə əlaqədar olmayan cəza verilməsini istəyiblər.