Azərbaycanda dərs zamanı məktəbin tavanı uçdu FOTO


Digərləri 26 Noy 2018 14:06:50 247 0

Azərbaycanda dərs zamanı məktəbin tavanı uçdu  FOTO

Kürdəmirdə dərs zamanı məktəbin tavanı uçub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə qeydə alınıb.

Məktəbin direktoru Abduləli Qocayev bildirib ki, məktəbin dəhlizinin tavanı dərs zamanı uçub:

"Şagirdlərdən xəsarət alan olmayıb. Dərslər tam qaydasında keçirilib. Hadisə ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib".

Abduləli Qocayev qeyd edib ki, üç ildir ki, yeni məktəb tikintisi olmalı idi, amma hələ tikinti başlamayıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.


Xəbərə aid fotolar