Azərbaycanda Toxum birjası yaradılır


Digərləri 26 Noy 2018 13:49:00 245 0

Azərbaycanda Toxum birjası yaradılır

2019-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Dövlət Toxum Fondu onlayn layihə olaraq Toxum birjası yaratmağı planlaşdırır.

Son.az xəbər verir ki, bunu Trend-ə Dövlət Toxum Fondunun rəhbəri Emin Əliyev deyib.

Onun sözlərinə görə, bu internet tətbiqi vasitəsilə fermerlər, istehsalçıları və toxum şirkətləri toxum seçə, daşımalar həyata keçirə, aqrotexniki məsləhətlər üçün məsləhətçilər seçə biləcək:

"Gələcəkdə isə maliyyələşdirmə və ya kreditləşmə üçün müraciət etmək mümkün olacaq".