QTİBin yeni prezidentinin Azərbaycana səfəri gözlənilir


Digərləri 26 Noy 2018 13:58:34 240 0

QTİBin yeni prezidentinin Azərbaycana səfəri gözlənilir

Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) yeni prezidenti Dmitri Pankin dekabrın 13-14-ü Bakıya səfər etmək niyyətindədir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə bankdan məlumat verilib.

Məlumatda qeyd olunub ki, o, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında iştirak edəcək və bankın 2019-2022-ci illər üçün strategiyasının müzakirəsi üçün rəsmi şəxslərlə görüşlər keçirəcək.