"Həkimlər 12 il pulumu yedilər. Məni ancaq o sağaltdı" Elnarə


Şou-biznes 26 Noy 2018 13:43:00 278 0

"Həkimlər 12 il pulumu yedilər. Məni ancaq o sağaltdı"  Elnarə

Tanınmış xanəndə, əməkdar artist Lerikdə "ikinci Allah" adlandırılan Məmmədsəfa adlı şəxsdən danışıb.

Son.az xəbər verir ki, xanəndə ölkə.az-ın əməkdaşıyla söhbətində bildirib ki, on iki il ərzində səhhətiylə bağlı ciddi problemlər yaşayıb və məhz Məmmədsəfanın yanına getdikdən sonra sağlamlığına qovuşub:

"Mən çox pis vəziyyətdə olanda ora aparıblar. Azərbaycandakı klinikalara, İrana, Türkiyəyə, Moskvaya həkim yanına getdim, xeyri olmadı, çox narahat idim. Heç ora aparılanda da hara getdiyimi bilməmişəm. Onun baxdığını, nağıl danışdığını da görmədim. Hələ cibimə pul da qoydu. Sözün düzü, əvvəlcə məni tanımırdı. Dedim ki, bu vəziyyətdəyəm. Allahın qüdrətinə qurban olum. "Quran"da elə kəlamlar var ki, onu biz bilmirik, alimlər, bilicilər bilir. O, mənə dualar yazdı, verdi. Dedi ki, 15-20 gündən sonra gələrsən. Allaha and olsun, ondan sonra bir az özümə gəldim. On iki il ölü vəziyyətdə yaşamışam. Xeyli müddət ildə bir dəfə, altı aydan bir o kişinin yanına gedib-gəlmişəm. Hələ bir adamdan eşitməmişəm ki, o kişi kimdənsə pul tələb etsin. Özünüz də bilirsiniz ki, "nemes" kimi adamam, bildiyimi dədəmə də verən deyiləm. Amma bu adam məni tanıyandan sonra cibimə pul qoyub ki, birdən imkanım olmaz. Orada hamı ona dədə deyir. Demişəm ki, dədə, lazım deyil, beş-üç manatım var. Deyib ki, sən bu millətə, xalqa gərəkli adamsan. Ora nə qədər dərdi olan, uşağı, gəlini xəstə olan gəlib on manat qoyubsa da, deyib ki, götür get, lazım deyil, təki sənin uşağın yaxşı olsun. Yəni, o qədər yaxşı insandır".