""Qoca" müqavimət göstərib, onu da zərərsizləşdiriblər" Vəkil


Digərləri 26 Noy 2018 13:27:00 223 0

""Qoca" müqavimət göstərib, onu da zərərsizləşdiriblər"  Vəkil

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova çıxış edib.

O, müvəkkili barəsində irəli sürülmüş ittihamın məhkəmə istintaq dövründə sübuta yetirilmədiyini bildirib.

Vəkil qeyd edib ki, A.Əsgərov hadisə zamanı odlu silahla vurulub: "Polislər onları saxlayan zaman o, heç bir müqavimət göstərmədən avtomobildən düşüb. "Qoca" müqavimət göstərib, onu da zərərsizləşdiriblər. Anar güllə yarası alıb, xəstəxanada yatıb. Heç bir cinayət əməlini bilib gizlətməyib. Bu işdə o, təqsirləndirilən deyil, zərərçəkən olmalıydı".

Daha sonra vəkil G.Salmanova müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib.

Prosesdə təqsirləndirilən Ceyhun Səmədov və Fuad Hacıyevin vəkilləri də çıxış edib. Onlar müvəkillərinə həbsiz cəza verilməsini xahiş ediblər.