Sabahın hava proqnozu açıqlanıb


Digərləri 26 Noy 2018 13:20:00 254 0

Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.