Aktau-Bakı aviareysilə gələn Qazaxıstan vətəndaşı saxlanıldı (FOTO)


Digərləri 26 Noy 2018 13:26:00 193 0

Aktau-Bakı aviareysilə gələn Qazaxıstan vətəndaşı saxlanıldı (FOTO)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin prekursorlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.

Bakı. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin prekursorlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Aktau-Bakı aviareysilə gələn Qazaxıstan vətəndaşının əl yükü rentgen aparatında yoxlanılarkən monitorda çantanın içərisindəki butulkada olan predmetin təsviri şübhə doğurub. Bu səbəbdən vətəndaşa həmin əşyanın təqdim edilməsi təklif olunub. Vətəndaşın çantadan çıxarıb təqdim etdiyi həmin butulkada kalium permanqanat aşkar edilib.