İstanbulda "Hər kəs üçün davamlı inkişaf və sülh" devizi ilə 9cu Boğaziçi Forumu keçirilir FOTO


Digərləri 26 Noy 2018 13:14:00 334 0

İstanbulda "Hər kəs üçün davamlı inkişaf və sülh" devizi ilə 9cu Boğaziçi Forumu keçirilir  FOTO

Noyabrın 26-da İstanbulda "Hər kəs üçün davamlı inkişaf və sülh" devizi ilə 9-cu Boğaziçi Forumu keçirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Forum Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən "Beynəlxalq Əməkdaşlıq Platforması" tərəfindən 2011-ci ildən etibarən hər il İstanbulda təşkil olunur. Tədbirdə yüzdən artıq ölkədən dəvət olunmuş dövlət və hökumət başçıları, rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının, analitik mərkəzlərin və qlobal şirkətlərin rəhbərləri iştirak edirlər.

Beynəlxalq tədbir dünyanın müxtəlif ölkələri arasında iqtisadi, siyasi, diplomatik və enerji sahəsində əlaqələrin daha da dərinləşməsi, dövlətlər arasında müasir dövrün tələblərinə uyğun əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, bəşəriyyəti narahat edən məsələlərin həlli üçün birgə fəaliyyət mexanizmlərinin hazırlanması və digər bu kimi mühüm mövzuların müzakirə edildiyi platforma hesab olunur.

Builki forumda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Makedoniya Prezidenti George İvanov, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı, habelə Küveyt, Polşa, Qətər, Malayziya və dünyanın bir çox ölkəsindən dövlət rəsmiləri də iştirak edirlər.


Xəbərə aid fotolar