Azərbaycanın ilk pullu yolunda ödənişlərə nə vaxtdan başlanacağı


Digərləri 26 Noy 2018 12:54:00 245 0

Azərbaycanın ilk pullu yolunda ödənişlərə nə vaxtdan başlanacağı

Ələt-Astara-İran sərhədi avtomobil yolunun ödənişli olması ilə bağlı işlərə başlanılıb.

Son.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, artıq yola qoyulacaq turniketlər də sifariş verilib:

"Turniketlər Cənubi Koreyadan alınacaq. Ölkəyə gətirilən kimi onların quraşdırılmasına start veriləcək. Təbii olaraq, giriş-çıxışlarda, yol qovşaqlarında turniketlərin quraşdırılması üçün müəyyən vaxt tələb olunur".

AAYDA rəsmisinin sözlərinə görə, turniketlərin quraşdırılması yekunlaşdıqdan sonra ödəniş məsələsinə baxılacaq:

"Ödənişin hansı sistemlə ediləcəyi müzakirə olunacaq. Ödənişin məbləğini Tarif Şurası müəyyən edəcək".