Tramp İraqa hərbi dəstək qarşılığında


Dünya 26 Noy 2018 12:44:00 266 0

Tramp İraqa hərbi dəstək qarşılığında

Prezident Donald Tramp İraqa münaqişələr zamanı göstərilən hərbi dəstək qarşılığında ABŞ-a neft verilməsini təklif edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Axios" internet portalı administrasiyadakı mənbələrinə istinadən məlumat verib.

Bildirilir ki, D.Tramp bu fikri azı iki dəfə dilə gətirib. ABŞ dövlət başçısı bu məsələni, həmçinin ötən ilin martında Ağ evdə İraqın o vaxtkı Baş naziri Heydər əl-Abadi ilə görüşdə də qaldırıb. Donald Tramp Birləşmiş Ştatların İraqdakı hərbi əməliyyatlara xərclədiyi vəsait və İraq ordusuna İŞİD terror qruplaşması ilə mübarizədə göstərdiyi dəstəyin qarşılığında İraqdan ABŞ-a neft tədarükünü təklif edib.