Jurnalistin ölümündə təqsirləndirilən şahzadə


Dünya 26 Noy 2018 12:10:00 308 0

Jurnalistin ölümündə təqsirləndirilən şahzadə

Səudiyyəli köşə yazarının ölümündən sonra vəliəhd şahzadə Məhəmməd bin Salman ilk dəfə ölkə xaricinə çıxıb.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, jurnalist Camal Haşoqqinin ölümündə təqsirləndirilən şahzadə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

O, bazar günü Abu-Dabidə təşkil olunan Qrand Pri-də iştirak edib. Şahzadə Çeçenistan rəhbəri Ramzan Kadırov və İspaniyanın keçmiş kralı ilə görüşüb.

"Emirates Formula One Grand Prix"ə qatılan Məhəmməd bin Salman Dubayın vəliəhdi və Əmirliyin İcraiyyə Şurasının başçısı şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl-Məktumla söhbət edərkən fotoqrafların obyektivinə tuş gəlib.


Xəbərə aid fotolar