Hesabat: "Azərbaycan ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələrdən biridir"


Digərləri 26 Noy 2018 12:12:00 317 0

Hesabat: "Azərbaycan ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələrdən biridir"

Azərbaycan ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələrdən biridir.

Son.az xəbər verir ki, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən Trend-ə verilən məlumata görə, Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniyanın "Landmine Monitor Report 2018" hesabatında deyilir

Hesabatda bildirilir ki, hazırda 164 ölkə "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında Konvensiyanın üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 33 dövlət bu Konvensiyaya qoşulmayıb. Yalnız bir ölkənin - Myanmanın hökumət qüvvələrinin minalardan istifadə etdiyi qeydə alınıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Herseqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır (100 kv.km-dən çox).

Sənəddə deyilir ki, Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb. Rəsmi olaraq bildirilib ki, ölkə bu Konvensiyanın məqsədlərini, o cümlədən minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında Konvensiyaya qoşula bilmir. Azərbaycan Respublikası təcavüzə məruz qalmasına baxmayaraq, yeni minaların qoyulmasını dayandırıb. Bu səbəbdən də Azərbaycan yalnız Ermənistanla münaqişə həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlib və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir.

Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və ixrac etmir. Mina ehtiyatı sovet dövründən qalmadır. Rəsmi şəxslər bildiriblər ki, 1994-cü ildən konfliktin açıq fazası dayandıqdan sonra piyadalar əleyhinə minalardan istifadə edilmir. Azərbaycan piyadalar əleyhinə minalardan gələcəkdə də istifadə etmək fikrində deyil, ancaq bunu istisna etmək də olmaz.

2017-cı ilin sonuna Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina / müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb. 2017-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 3 mülki şəxsin minalardan zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 2 nəfər həlak olub və 1 nəfər yaralanıb.