Özünü ikinci Allah adlandıran kimdir?


Digərləri 26 Noy 2018 12:16:00 276 0

Özünü ikinci Allah adlandıran kimdir?

Azərbaycanda bir sıra məşhur simalar özünü ikinci Allah adlandıran Lerik sakini, cindar Məmmədsəfanın yanına gedirmiş.

Son.az xəbər verir ki, sözügedən cindarla bağlı bakupress.az saytı reportaj hazırlayıb. 

"Ölülər" əsəri bütün dövrlər üçün aktual olaraq qalacaq. Zaman dəyişsə də, insan düşüncəsi, fikir və arzuları dəyişməz olaraq qalacaq. Əsər zahirən avam, cahil xalqı oyatmağa xidmət etsə də, əslində, cəmiyyətdə düz sözün keçməməsindən, haqq ədalətin kölgədə qalmasından, nahaqqın haqq üzərindəki qələbəsindən, yalana, zinaya din donu geydirərək insanlara təqdim edilməsindən və bu kimi digər qlobal məsələlərdən bəhs edilir. Yazımı əbəs yerə bu əsərdən başlamadım, çünki 21-ci əsrdə hələ də özünü ikinci Allah hesab edənlər, onlara inanlar var.

Əstafrullah, ikinci Allah saydıqları bu adam kimdir? Düzü, bizi də maraqlandırdı və bu maraq bizi bu yolu getməyə vadar etdi. 21-ci əsrdə kimi Allah adladırırlar? Nəyə görə bunu ikinci Allah sayırlar? Bu suallara yol boyu cavablar axtara-axtara xeyli dağlı-dərəli yol getdik. Nağılardakı kimi az getdik, çox getdik, dərə- təpə düz getdik gəlib çıxdıq həmin məkana. Lerikin ucqar bir kəndi Kaqoya, dağın düz ortasında bir yerə. Gördüklərimizdən şoka düşdük, burda olan növbə heç müharibə dövründə çörək növbəsində  olmayıb. Növbə üstündə dalaşan kim, biri-birini təhqir edən kim. Soruşduq, əcaba, bu nə məsələdir?Dedilər ki, bəs bu məşhur cindar molla Məmmədsəfanin evidir. Astaranın Şüvü kəndində yaşayır, burada ata evidi, çox vaxt burda baxır. Maraqdan növbə tutub bizdə bu ikinci "Allahın" qəbuluna yazıldıq ki, olanları aidiyyəti qrumlara, ictimayyətə təqdim edək.