ABŞ miqrantları güllələrlə,


Dünya 26 Noy 2018 11:43:00 337 0

ABŞ miqrantları güllələrlə,

500 miqrant ABŞ-Meksika sərhədindəki hasarı aşaraq Birləşmiş Ştatların ərazisinə daxil olmağa çalışıblar. Lakin amerikalı polislər, milli qvardiyaçılar və hərbçilər onları gözyaşardıcı qazla, rezin güllələrlə qarşılayıblar.

Son.az Excelsior-a istinadən bildirir ki, Meksikanın ABŞ-la sərhədinin yaxınlığındakı Tixuana şəhərində vəziyyət çox gərgindir.

Şəhər səmasında helikopterlər uçur, amerikalı hərbçilər sərhədi tikanlı məftillər arxasında patrul edirlər.

ABŞ-ın Sərhəd Xidməti Kaliforniya ştatındakı San-Dieqo şəhərindən cənubdakı San İsidro bölgəsində avtomobillərin və piyadaların hərəkətini yasaqlayıb.

Birləşmiş Ştatların ərazisinə keçmək istəyən miqrantlar "Biz cinayətkar deyilik! Biz işləmək istəyirik!" şüarları söyləyiblər. Bəzi miqrantların əllərində ABŞ və Honduras bayraqları vardı.

Hazırda Meksikanın Tixuana və Mexikali şəhərlərində Honduras, Qvatemala və Salvadordan gəlmiş təqribən 6 min miqrant var.