Dövlət qulluğu ilə bağlı vakant yerlərə imtahan keçiriləcək


Digərləri 26 Noy 2018 11:45:12 230 0

Dövlət qulluğu ilə bağlı vakant yerlərə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək. DİM-dən Trend-ə verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat noyabrın 26-dan dekabrın 13-dək davam edəcək. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.