"Əksər imkansız ailələrdə qadınlar yaşamaq hüququnu itirməmək üçün hər növ təhqirə məruz qalmağa razıdırlar"


Digərləri 26 Noy 2018 11:38:39 263 0

"Əksər imkansız ailələrdə qadınlar yaşamaq hüququnu itirməmək üçün hər növ təhqirə məruz qalmağa razıdırlar"

Azərbaycan qanunvericiliyində qısamüddətli və uzunmüddətli mühafizə orderləri öz təminatını tapıb, ancaq onların tətbiqi mexanizmi təkmilləşdirilməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Konstitusiya Məhkəməsində Mülki Məcəllənin 228-ci maddəsinin şərhi ilə bağlı 6-dan çox işə baxılıb.

Hakimin sözlərinə görə, həmin maddədə qeyd olunur ki, nikaha daxil olan şəxslər mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş müqavilə bağlamalıdırlar. Lakin təcrübədə bu, çox nadir hallarda baş verir: